"Ovaköydə sərhəd keçid məntəqəsinin açılması həm İraq, həm də İKRR-nin xeyrinə olacaq", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şırnak vilayətinin Silopi qəsəbəsindəki Ovaköydə sərhəd keçid məntəqəsinin açılmasının həm İraq, həm də İraq Kürd Regional Rəhbərləyinin (İKRR) xeyrinə olacağını bildirdi.

1192110
"Ovaköydə sərhəd keçid məntəqəsinin açılması həm İraq, həm də İKRR-nin xeyrinə olacaq", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Şırnak vilayətinin Silopi qəsəbəsindəki Ovaköydə sərhəd keçid məntəqəsinin açılmasının həm İraq, həm də İraq Kürd Regional Rəhbərliyinin (İKRR) xeyrinə olacağını bildirdi.

Bəsradan sonra İraq Kürd Regional Rəhbərliyində görüşlər keçirən Çavuşoğlu bununla bağlı sosial şəbəkədə şəxsi həsabında yer alan açıqlamasında “Ovaköydə (İraq ilə) ikinci sərhəd keçid məntəqəsinin açılması həm İraq həm də İraq Kürd Regional Rəhbərləyinin xeyrinədir. İş adamlarımızın fəaliyyətlərini dəstəkləyirik” deyib.

“PKK, DEAŞ və FETÖ (Fətullahçı Terror Təşkilatı) terroru ilə mübarizə apararkən İraq Kürd Regional Rəhbərliyi ilə birlikdə əməkdaşlıq edəcəyik” ifadəsini işlədən Çavuşoğlu İKRR ilə ticarət və sərmayə qoyuluşu əlaqələrinin gücləndiriləcəyini qeyd edib.

Mövlud Çavuşoğlu İKRR-nin baş nazir müavini Kubat Talabini ilə görüşünə də toxunaraq bildirib ki, İraqın bütün bölgələri və qrupları ilə əlaqələrimizi davam etdiririk. Xüsusi sektör və iş adamlarımızla Süleymaniyyədə də daha çox layihələr həyata keçirəcəyik.

Ərbildəki görüşləri çərçivəsində Çavuşoğlu İKRR-nin baş naziri Nəçirvan Bərzani, İKRR-nin Təhlükəsizlik agentliyinin məsləhətçisi Məsrur Bərzani və Türkmən siyasi nümayəndələrilə bir araya gəlmişdi.

Xarici işlər naziri Çavuşoğlu dünən Bağdadda İraqın baş naziri Adil Əbdülmehdi, həmkarı Məhəmməd Əli əl-Həkim, Məclis sədri Məhəmməd əl-Halbusi və Türkmən millət vəkillərilə bir araya gəlmiş, daha sonra Bəsrada vali Əsəd əl İdani ilə görüş keçirmişdi.



Әlaqәli Xәbәrlәr