Nur-Sultanda keçirilən Suriya mövzulu yığıncaq başa çatdı

Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən sayca 12-ci olan zamin ölkələr yığıncağında ABŞ-ın işğal altındakı Qolan təpələri üzərindəki İsrailin suverenliyini tanıma qərarını qınadı.

1190678
Nur-Sultanda keçirilən Suriya mövzulu yığıncaq başa çatdı

Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən sayca 12-ci olan zamin ölkələr yığıncağında ABŞ-ın işğal altındakı Qolan təpələri üzərindəki İsrailin suverenliyini tanıma qərarını qınadı.

Nur-Sultan şəhərində keçirilən yığıncağın ikinci günündə yekun bəyannamə barədə razılıq əldə olunması üçün ikili və üçtərəfli iclaslar keçirildi.

Qazaxıstanın xarici işlər nazirinin müavini Muxdar Tleuberdi Türkiyə, Rusiya, İran,rejim və müxalifət heyətinin bir araya gəldiyi əsas iclasda yekun bəyannaməni oxuyub.

Bəyannamədə tərəflərin Suriyanın torpaq bütövlüyü, müstəqilliyi və suverenliyinə sadiq olduqları vurğulanaraq, bu əsaslara qlobal miqyasda hörmətlə yanaşılmasının, kim tərəfdən, hansı əməliyyatlarla olduğundan asılı olmayaraq bu əsasların pozulmamasının vacibliyi qeyd edilib.

Birgə bəyannamədə “Bu çərçivədə zamin ölkələr ABŞ rəhbərliyinin Qolan təpələrində İsrailin işğalını tanıyaraq, beynəlxalq hüququ, xüsusilə BMT Təhlükəsizlik Şurasının 497 nömrəli qərarını dəhşətli şəkildə pozan və Orta Şərqdə sülh və təhlükəsizliyi təhdid edən qərarını sərt şəkildə qınadı” ifadələri yer alıb.

Bəyannamədə qonşu ölkələrin milli təhlükəsizliyini hədəf alan separatçı gündəm mövzularına qarşı ortaq mövqe ortaya qoyulacağı qeyd olunub. Ayrıca Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar məsləhətləşmələrə davam ediləcəyi, bu mənada bölgədəki təhlükəsizlik və sabitliyin ancaq Suriyanın suverenliyi və torpaq bütövlüyünə hörmət edilərək təmin edilə biləcəyi vurğulanıb.

Yekun bəyannamədə ölkədə DEAŞ, Nusra Cəbhəsi, Heyət Tahrir Şam və BMT Təhlükəsizlik Şurasının terror siyahısındakı şəxslərlə mübarizəni davam etdirəcəkləri bildirilib.

Bəyannamədə bildirilib ki, tərəflər “İdlib deeskalasiya bölgəsi”ndəki vəziyyəti ətraflı şəkildə müzakirə etdilər. 17 sentyabr 2018 tarixli Soçi razılaşmasının tamamilə tətbiq edilməsinin vacib olduğu mövzusunda razılaşdılar. Ayrıca koordinasiyalı patrul fəaliyyətləri və Türkiyə-Rusiya-İran Birgə Koordinasiya Mərkəzinin vəzifələri bir daha ifadə edildi.  Suriya məsələsinə hərbi həll yolu tapıla bilməyəcəğinə diqqət çəkilərək, BMT-nin nəzarətindəki siyasi keçid prosesinə sadiq olunduğu qeyd edildi.

Yekun bəyannamədə o da vurğulanıb ki,  BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə üçtərəfli görüşlər keçirildi. Konstitusiya Komitəsi qurma fəaliyyətlərinin sürətləndirilməsi və bu barədəki gələcək məsləhətləşmə yığıncaqlarının Cenevrədə keçirilməsi qərara alındı.

Bəyannamədə ayrıca tərəflərin Astana danışıqları formasına yeni müşahidəçi ölkələr əlavə etməyi də müzakirəyə çıxardığı və Suriyanın qonşuları olan İraq və Livanın dəvət edilməsində razılıq əldə olunduğu qeyd edilib.

Bəyannamədə noyabr 2018, fevral və aprel 2018-ci il tarixlərində tərəflərin həbs etdikləri şəxslərdən bəzilərinin qarşılıqlı olaraq sərbəst buraxılması məsələsinə də toxunulub və bununla əlaqədar işçi qrupunun həmin mövzuda cəhdlərini davam etdirəcəyi bildirilib.

Suriyadakı xalqa şərt irəli sürmədən humanitar yardım çatdırılmasının vacibliyinə işarə edilən bəyannamədə beynəlxalq ictimaiyyət, xüsusilə də  BMT Suriyaya yardımları artırmağa çağrılıb.

 Bəyannamədə ayrıca zamin ölkələr Astana danışıqları üçün qaldırdığı təşəbbüs və uğurlu fəaliyyətlərinə görə Qazaxıstanın sabiq prezidenti Nur Sultan Nazarbayevə təşəkkür ediblər.

Gələcək yığıncağın isə iyul ayında Nur-Sultan şəhərində keçiriləcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr