Vladimir Putin Rusiyanın dəniz donanmasına dair açıqlama verdi

Rusiya prezidenti Vladimir Putin 2012-ci ildən bəridir üç strateji sualtı raketinin yer aldığı 80-dən çox döyüş gəmisinin Rusiyanın dəniz donanmasına daxil edildiyini bildirdi.

1188705

Putin Rusiyanın Sankt-Peterburq şəhərində iki döyüş gəmisinin inşa mərasimində etdiyi çıxışda ölkəsinin gəmi sənayesinə toxunaraq, gəmi inşası ilə əlaqədar müxtəlif layihələrin planlaşdırma mərhələsində olduğunu, gəmilərin vaxtında tikilməsinə ümid etdiyini söylədi.

Bunun Rusiyanın həm yaxın, həm də uzaq dəniz bölgələrindəki mənfəətlərinin və dəniz sərhədlərinin qorunması üçün əhəmiyyətli olduğunu bildirən Putin ölkəsinin dəniz donanmasının gücləndirilməsinin vacibliyini dilə gətirdi.

“2012-ci ildən bəridir üç strateji sualtı raketinin daxil olduğu 80-dən çox hərbi gəmi Rusiyanın dəniz donanmasına daxil edildi. Rusiya gəmi sənayesinin ekipajını və elmi texnologiya potensiyalını gücləndirməkdə davam edəcəkdir”-deyə Vladimir Putin vurğuladı.

Әlaqәli Xәbәrlәr