Ruhani ABŞ-a ismarış göndərdi

İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatları təzyiqləri dayandırdığı və üzr istədiyi halda danışıqlar masasına oturacaqlarını bildirdi.

1189208
Ruhani ABŞ-a ismarış göndərdi

İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatları təzyiqləri dayandırdığı və üzr istədiyi halda danışıqlar masasına oturacaqlarını bildirdi.
 
 İran dövlət televiziyasını yaydığı xəbərə görə, paytaxt Tehranda Nazirlər Kabinetinin toplantısında çıxış edən Ruhani ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun (Brian Hook) İranla nüvə və raket proqramını əhatə edən yeni bir müqavilənin bağlanması çağırışına cavab verib.
 
 ABŞ-ın müzakirə mövzusunda ciddi olmadığını bildirən Ruhani: "Şübhəsiz ki, zorakılıq və yalanla söykənən bir müzakirə tələbinin qəbul edilməsi heç bir nəticə verməyəcək. Belə bir müzakirə zillət və təslimiyyət deməkdir" ifadəsini işlədib.
 
 Yalnız ABŞ-ın təzyiqlərini sona çatdırması və hüquqa zidd təşəbbüsləri səbəbindən üzr istəməsi halında bu ölkə ilə danışıqlar masasına oturacaqlarını vurğulayan Ruhani: "İran xalqı qeyri-hüquqi təşəbbüslərə qarşı yeganə yolun müqavimət olduğunu yaxşı bilir. Müzakirə yalnız bütün təzyiqlərin aradan qaldırılmasından sonra izlənilə bir yoldur. Biz müharibə və müdafiə adamı olduğumuz kimi, hər zaman müzakirə və diplomatiya adamı da olduq" deyib.
 
 ABŞ-ın İranın neft ixracını sıfira endirmə hədəfinin mümkün olmayacağını və İranın fərqli üsullarla neft satışına davam edəcəyini qeyd edən İran prezidenti: "ABŞ dünya neft bazarını əlində saxlamaq gücünə malik deyil. Amerikalılar bu məsələdə səhv  yoldadırlar. Bu təşəbbüslərlə dünya xalqlarına, neft şirkətlərinə, hətta öz xalqına zülm edir" deyə bildirib.
 
 Çıxışında İran neftinə qoyulan embarqoların səbəb olduğu boşluqları dolduracaqlarını açıqlayan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini də hədəf alan Ruhani İraqın devrilmiş lideri Səddam Hüseynin 1990-cı ildə Küveyti işğal etdiyi zaman İrandan işğala dəstək istədiyini, lakin İran liderlərinin bu tələbi rədd etdiyini söyləyib.
 
 Səddamın sabiq İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncaniyə məktub yazaraq Tehrandan işğala dəstək verməsini, və ya səssiz qalmasını istədiyini bildirən Ruhani sözünə belə davam edib: " Səddam məktubunda İranla 800 kilometr sərhədə malik olacağını açıq şəkildə yazmışdı. Bu da, Küveytdən sonra Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Qətəri da işğal etmə həvəsində olduğunu göstərir. Rəhbər (İran lideri Xamenei) və mərhum Haşimi Rəfsəncani qəti qərarlar qəbul etməsəydilər, bu gün Səudiyyə Ərəbistanı və  Birləşmiş Ərəb Əmirliklərindən əsər qalmayacaqdı".



Әlaqәli Xәbәrlәr