İraqda DEAŞ-a qarşı әmәliyyat keçirildi, 12 terrorçu öldürüldü

İraq tәhlükәsizlik qüvvәlәrinin Kәrkükün cәbub-qәrbindә terror tәşkilatı DEAŞ-a qarşı keçirdiyi әmәliyyat nәticәsindә 12 terrorçu öldürülüb.

1186912

İraq Müdafiә Nazirliyindәn verilәn mәlumata görә, Kәrkükdә keçirilәn әmәliyyat zamanı DEAŞ-a ağır zәrbәlәr endirilib.

Mәlumatda hәmçinin әmәliyyat nәticәsindә terrorçulara mәxsus çox sayda silah-sursatın әlә keçirildiyi bildirilib.

Terror tәşkilatı DEAŞ 2014-cü ilin iyun ayında Mosul başda olmaqla ölkәnin bir çox bölgәsini nәzarәtinә keçirmişdi.

Xatırladaq ki, İraq hökumәti  2017-ci ildә terror tәşkilatı DEAŞ-ın mәğlub olduğunu vә ölkә әrazilәrinin terror tәşkilatından tәmizlәndiyini açıqlamışdı.

Terror tәşkilatı DEAŞ-ın İraqın bәzi vilayәtlәrindә öz  mövcudluğunu davam etdirdiyi bildirilir.

Әlaqәli Xәbәrlәr