Amerika Birləşmiş Ştatları Fələstin xalqına qarşı "maliyyə müharibəsi" elan etdi

Fələstin Baş naziri Məhəmməd Iştiyyə Associated Press agentliyinə müsahibəsində bu barədə danışdı

Amerika Birləşmiş Ştatları Fələstin xalqına qarşı "maliyyə müharibəsi" elan etdi

İsrailin, ABŞ-nın Fələstin xalqına qarşı elan etdiyi maliyyə müharibəsinin hissəsi olduğunu ifadə edən Baş nazir Iştiyyə, bu təzyiq və siyasətlə Fələstin xalqını  təslim olmağa məcbur etmək istədiklirini vurğulayıb. Şənbə  günü vəzifəyə başlayan hökumətinin Fələstinin qarşı-qarşıya olduğu iqtisadi böhrandan xilas olmağın yollarını axtardığını ifadə edən Iştiyye: “kənd təsərrüfatı, iqtisadiyyat, təhsil sektorlarını inkişaf etdirmək, Fələstin iqtisadiyyatının İsrailə asılılığını ən az seviyyəyə endirmək üçün lazımlı tədbirləri həyata keçirəcəyik. Bu prosesdə Ərəb və Avropalı xəyyirlərin dəstəyini də tələb edəcəyik”.

ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin məsələsinin həllinə dair qarşıya qoyduğu "Əsrin müqaviləsi"nin də nəticəsiz qalacağına işarə edən Fələstin Baş naziri ABŞ-ın Ərəb dünyasındakı müttəfiqləri də daxil olmaqla beynəlxalq cəmiyyətin bu razılaşmanın rədd edilməsində fələstinlilərə dəstək verəcəyinə inamının güclü olduğunu bildirib. Trampın Fələstində heç bir tərəfdaşının olmadığı kimi ərəb, avropalı tərəfdaşının da olmadığını ifadə edən Məhəmməd Iştiyyə ABD-nin İsrail tərəfdaşı addımları qarşısında daha müzakirə ediləsi  məsələnin  olmadığını, Fələstinlilərin iqtisadi sülhlə maraqlanmadığını işğalın sona çatmasını istədiklirini sözlərinə əlavə edib.

Qeyd edək ki, Fələstin Milli Qurtuluş Hərəkatı Fəthin Mərkəzi Şura üzvü Məhəmməd Iştiyyənin formalaşdırdığı Fələstin hökumətinin üzvləri, şənbə günü Dövlət Başçısı Mahmud Abbasın hüzurunda and edərək vəzifəyə başladılar.

 

 



Әlaqәli Xәbәrlәr