“ABŞ sanksiyaları təxirə salmayaraq gerçək üzünü göstərdi”. H.Ruhani

İranın prezidenti Həsən Ruhani ABŞ-ın İrandakı sel fəlakətinə görə sanksiyaları təxirə salmayaraq gerçək üzünü göstərdiyini söyləyib.

1185294
“ABŞ sanksiyaları təxirə salmayaraq gerçək üzünü göstərdi”. H.Ruhani

İranın prezidenti Həsən Ruhani ABŞ-ın İrandakı sel fəlakətinə görə sanksiyaları təxirə salmayaraq gerçək üzünü göstərdiyini söyləyib.

Ruhani paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin toplantısından sonra ölkədəki təbii fəlakətə münasibət bildirərək, sel fəlakətinin hər kəs üçün bir imtihan olduğunu, İran ilə həmrəylik nümunəsi göstərən və yardım çatdıran hökumətlərə təşəkkür edib.

ABŞ-ın təbii fəlakətin ziyan vurduğu insanlar və yerlər üçün yardım etməyəcəyini açıqladığını və İranın Qızıl Aypara Cəmiyyətinə ediləcək nəğd pul yardımının da bank hesablarına köçürülməsinə mane olduğunu ifadə edən Ruhani “ABŞ rəsmiləri sel fəlakətində gerçək üzünü göstərdi. Halbuki əgər məntiqli olsaydılar baş verən sel fəlakəti səbəbindən İrana tətbiq olunan sanksiyaları bir il təxirə saldıqlarını elan edərdilər. O zaman insanlar sanksiyaların həqiqətən İran xalqına qarşı olmadığına inana bilərdi” deyib.

Qeyd edək ki, İranda sel fəlakətə qurbanlarına yardım üçün hərəkətə kəçən Türkiyə Qızıl Aypara Cəmiyyəti fəlakət bölgələrinə 5 TIR humanitar yardım çatdırmışdı.



Әlaqәli Xәbәrlәr