“Türkiyənin təhlükəsizliklə bağlı ciddi narahatlığı var”, C.Cefri

ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyənin təhlükəsizliklə bağlı ciddi narahatlığı olduğunu bildirdi.

1183947
“Türkiyənin təhlükəsizliklə bağlı ciddi narahatlığı var”, C.Cefri

ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyənin təhlükəsizliklə bağlı ciddi narahatlığı olduğunu bildirdi.

Cefri Türkiyə-ABŞ İş Şurası (TAİK) ilə ABŞ-Türkiyə Şurası (ATC) tərəfindən bu il sayca 37-ci dəfə təşkil edilən İllik Birgə Konfransda etdiyi çıxışda Türkiyə və ABŞ-ın keçmişdə və hazırda çox əhəmiyyətli geostrateji tərəfdaşlığı olduğunu söylədi.

Suriyadakı böhranın çox mürəkkəb olduğunu vurğulayan Cefri ölkəsinin Suriyadakı missiyasını yerinə yetirməsi baxımından Türkiyənin daşıdığı əhəmiyyətə işarə etdi.

Ceyms Cefri Suriyadakı siyasi proses üçün atılması vacib olan addımlar olduğunu bildirərək, “Əsəd rejimi kimyəvi və nüvə silahlardan əl çəkməlidir. Suraya terrorçular üçün sığınacaq bir yer olmamalı və buradakı iranlılar evlərinə qayıtmalıdır” deyə qeyd etdi.

Türkiyə ilə hələ barəsində tam razılıq əldə edilə bilməyən təhlükəsiz bölgəyə dair fəaliyyətlərin davam etdiyini bildirən Cefri “Türkiyənin təhlükəsizliklə əlaqədar ciddi narahatlığı var. ABŞ Türkiyənin bizim DEAŞ əleyhinə birlikdə döyüşdüyümüz insanlarla (YPG/PKK) əlaqəli narahatlığını başa düşür. Türkiyə ilə YPG-nin yer almayacağı təhlükəsiz bir bölgə yaradılması mövzusunda fəaliyyətlərimizi davam etdiririk”-deyə vurğuladı.



Әlaqәli Xәbәrlәr