“ABŞ-nın İrana təzyiqi neft qiymətlərini artıracaq”: N.Zəngənə

ABŞ prezidenti Donald Tramp Tehrana təzyiqi artmaq ilə ölkəsində yanacaq qiymətinin ucuz olması arasında seçim etməlidir. Bunu İranın neft naziri Bijen Namdar Zəngənə deyib.

1183237
“ABŞ-nın İrana təzyiqi neft qiymətlərini artıracaq”: N.Zəngənə

Neft bazarında sabitliyin güclü olmadığını ABŞ-nın İrana istiqamətli təzyiqinin artması halında bunun daha da zəifləyəcəyini ifadə edən Zəngənə: "Venesuelada problemlər var, Rusiyaya sanksiya tətbiq edirlər, Libyada sabitlikdən söz aparmaq olmaz. ABŞ-da neft hasil etmə işinə nəzarət sıx dəyişir. Beləcə hasilat və tələbat arasında həssa vəziyyət yaranır. Ancaq tələbatın hasilatdan çox olmadığına dair şərhlər ilə bazarlarda narahatçılıq yaranmasının qarşısı alınmaq istənir. Neft qiymətinin bahalanması isə bazarlardakı mövcud narahatlığın bariz göstəricisidir. Sudanda cərəyan edən prosesdən neft bazarı təsirlənməyəcəmk. Bunun səbəbi isə neft yataqlarının cənubi Sudanda olmasıdır. Ancaq Venesuelada gərginliyin davam etməsi ABŞ-a təzyiqin artmasına gətirib çıxaracaq”- deyə Zəngənə vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr