İran sellərində həyatını itirənlərin sayı 70-i keçib

İran dövlət mediasına verdiyi məlumatda Ə.Şucainin bildirdiyinə görə...

1182857
İran sellərində həyatını itirənlərin sayı 70-i keçib

  İran Ədliyyə Tibb qurumunun sədri Əhməd Şucai 31 əyalətdən 25-ini təsiri altına salan şiddətli yağışlardan yaranan sellərdə həyatını itirənlərin sayının 76-a çıxdığını açıqladı.

  İran dövlət mediasına verdiyi məlumatda Ə.Şucainin bildirdiyinə görə, sel fəlakəti ilə bağlı Fars əyalətində 23, Loristanda 14, Gülüstanda 8, Mazandaran, Həmədan və Huzistanın hər birində 5, Şimali Xorasan və Kohqiluye-Buyer Əhmədin hər birində 3, İlamda 2, Xorasani Rəzəvi, Simnan, Kirmanşah, Qum, İsfahan, Qəzvin və Zəncan əyalətlərində də bir nəfər olmaqla 76 adamın həyatını itirib.

  Qeyd edək ki, İranın 25 əyalətində 17 martdan bu yana təsirli olan şiddətli yağışlardan yaranan sel fəlakəti böyük ziyan və can itkilərinə səbəb olub.

  İrandakı seldən zərər çəkənlərə yardım üçün Türkiyə də hərəkətə keçərək ölkəyə 5 yük maşını humanitar yardım göndərib.



Әlaqәli Xәbәrlәr