İraqda keçirilәn әmәliyyat zamanı iki terrorçu öldürülüb

Bu barәdә Enbar vilayәtinin Polis İdarәsinin rәisi, general-polkovnik Hadi Zureyc Kassar mәlumat verib.

1182488
İraqda keçirilәn әmәliyyat zamanı iki terrorçu öldürülüb

 

İraqın Enbar vilayətindә әmәliyyat keçirәn tәhlükәsizlik qüvvәlәri iki  DEAŞ terrorçusunu zәrәrsizlәşdirib.

Bu barәdә Enbar vilayәtinin Polis İdarәsinin rәisi, general-polkovnik Hadi Zureyc Kassar mәlumat verib.

Hadi Zureyc Kassar bildirib ki,  Enbarın qәrbindәki Huseyiniyyat bölgәsindә polis  hәrbi hava qüvvәlәrinin dәstәyi ilә әmәliyyat keçirib.

Polis rәsmisi әmәliyyat zamanı tәhlükәsizlik qüvvәlәri ilә DEAŞ terrorçuları arasında qarşıdurmanın yaşandığını bildirib. Qarşıdurma nәticәsindә iki  terrorçunun öldürüldüyü qeyd olunub.

Kassar әmәliyyat zamanı üç terrorçunun saxlanıldığını vә  terrorçulara mәxsus silah-sursatın әlә keçirildiyini söylәyib.

Xatırladaq ki, İraq hökumәti  2017-ci ildә terror tәşkilatı DEAŞ-ın mәğlub olduğunu vә ölkә әrazilәrinin terror tәşkilatından tәmizlәndiyini açıqlamışdı.

Terror tәşkilatı DEAŞ-ın Enbar vilayәtindә öz  mövcudluğunu davam etdirdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr