Rejim qüvvələri İdlib deeskalasiya zonasındakı mülki mövqelərə hücum etdi

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

1181663
Rejim qüvvələri İdlib deeskalasiya zonasındakı mülki mövqelərə hücum etdi

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә 2 dinc sakin hәlak olub, 7  nәfәr dә xәsarәt alıb.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, rejim qüvvәlәri   gün әrzindә Xamanın Kefer Zita qәsәbәsi ilә Әl-Havice vә Lehaya kәndlәrini  top atәşinә tutub.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, rejim qüvvәlәrinin hәyata keçirdiyi hücumlar nәticәsindә 2 dinc sakin hәlak olub, 7 nәfәr dә xәsarәt alıb.

‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilib.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir.



Әlaqәli Xәbәrlәr