Cavad Zərif beynəlxalq cəmiyyəti ABŞ-a reaksiya verməyə çağırdı

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif beynəlxalq cəmiyyətə çağırış edib ki, Amerika Birləşmiş Ştatlarının İnqilab Gözətçiləri Korpuzu (SEPAH) ilə bağlı qərarına reaksiya versinlər.

1181439
Cavad Zərif beynəlxalq cəmiyyəti ABŞ-a reaksiya verməyə çağırdı

İran dövlət telekanalının xəbərinə görə Xarici işlər naziri Cavad Zərif, paytaxt Tehranda ABŞ-ın terror təşkilatı elan etdiyi İnqilab Gözətçiləri Korpusunun(SEPAH) yüksək səviyyəli komandirlərini ziyarət edib.

Zərif burada etdiyi çıxışında: “ABŞ-ın ‘SEPAH’ ilə bağlı qərarı əsgərlər ilə siyasətçilər arasındakı həmrəyliyi daha da möhkəmləşdirdi. ABŞ-nın qəbul edilməz bu cəhdi bölgə ilə əlaqəli bütün ümidlərini itirdiyinin əlamətidir”.

 SEPAH komandiri Məhəmməd Əli Cəfəri də açıqlamasında ABŞ-nın bölgədəki qoşunlarının İran qüvvələri qarşısında aciz olduqlarını ifadə edərək: “ABŞ, İrana hərbi hücum etməyə cürət edəbilməz. Onlar bunun idrakındalar”-deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr