İran prezidenti 20 ədəd İR-6 sentrifuqa quraşdırılması üçün təlimat verdi

İran Milli Nüvə Texnologiyası Günü münasibətilə paytaxt Tehranda keçirilən sərgidə iştirak edən H.Ruhani Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi ilə birlikdə 114 nüvə sənaye məhsulunu tanıdıb.

1180082
İran prezidenti 20 ədəd İR-6 sentrifuqa quraşdırılması üçün təlimat verdi

  İran prezidenti Həsən Ruhani Natanzdakı nüvə enerji stansiyasında 20 ədəd təkmilləşdirilmiş İR-6 sentrifuqa quraşdırılması üçün təlimat verdi.

  İran Milli Nüvə Texnologiyası Günü münasibətilə paytaxt Tehranda keçirilən sərgidə iştirak edən H.Ruhani Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi ilə birlikdə 114 nüvə sənaye məhsulunu tanıdıb.

  Buradan İranın cənubundakı Buşehr əyalətinə bağlı Natanzdakı nüvə mərkəzinə video-konfrans üsuluyla bağlanan prezident 20 ədəd təkmilləşdirilmiş nüvə İR-6 sentrifuqa quraşdırılması üçün tapşırığını verib.

  Bununla yanaşı, Ruhani nüvə texnologiyası, zənginləşdirmə tullantıları və MV-6 elektron sürətləndirici qurğu əlaqəli nüvə layihələrinin də açılışını həyata keçirib, İR-6 sentrifuqa layihəsinin tezliklə başa çatacağı və test mərhələsinə keçəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr