Mәhәmmәd Cavad Zәrif ABŞ-a xәbәrdarlıq edib

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif  İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror siyahısına salmaq istәyәnlәrin Amerika Birlәşmiş Ştatlarını yeni bataqlığa salmaq niyyәtindә olduqlarını deyib.

1179291

Bu barәdә Mәhәmmәd Cavad Zәrif şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

‘‘İsrail Baş naziri Binyamin Netanyahunu bütün mәsәlәrdә dәstәklәyәn vә uzun müddәtdir  İran İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu elan etmәk üçün sәy göstәrәnlәrin bu mәsәlәnin regiondakı ABŞ qüvvәlәri üçün  nә nәticәlәr doğuracağının da fәrqindәdirlәr’’,-deyә İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif  deyib.

Cavad Zәrif bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror siyahısına salmaq üçün sәy göstәrәnlәr Netanyahu rәhbәrliyindә Amerika Birlәşmiş Ştatlarını bataqlığa salmaq niyyәtindәdirlәr. Donald Trampın bu mәsәlәni bilmәsindә fayda var.

Qeyd edәk ki, Wall Street Journalın  amerikalı nümayәndәlәrә istinadәn yeydığı xәbәrdә Vaşinqton rәhbәrliyinin İran Silahlı Qüvvәlәrinә tabe olan İran İslam İnqilabının Keşikçiləri Korpusunu terror siyahısına daxil edә bilәcәyini irәli sürmüşdü.

Әlaqәli Xәbәrlәr