Xamenei: "ABŞ hərbçilərinin İraqda mövcudluğu region ölkələrinə və xalqlarına zərər verir"

İraq baş naziri Adil Əbdülmehdi ilə görüşən İran lideri Ayətullah Əli Xamenei ABŞ əsgərlərinin İraqdan çıxarılması istiqamətində  işlərin görülməsini tələb etdi.

1178462
Xamenei: "ABŞ hərbçilərinin İraqda mövcudluğu region ölkələrinə və xalqlarına zərər verir"

 

İranın dini lideri Ayətullah Əli Xameneinin ofisindən verilən məlumata görə, İraq Baş Naziri Adil Əbdülmehdi Tehrana etdiyi 2 günlük rəsmi səfəri zamanı İran lideri Ayətullah Əli Xamenei ilə görüşüb. Görüşdə bölgədəki proseslər qiymətləndirilib.

 Prezident Həsən Ruhaninin də iştirak etdiyi görüşdə İran ilə İraq arasındakı münasibətlərin əhəmiyyətli olduğunu dilə gətirən Xamenei:"Ən qısa müddətdə ABŞ hərbçilərinin İraqdan çıxarılması istiqamətində işlər görməlisiniz" deyib.

 Xamenei: "ABŞ hərbçiləri bir ölkədə uzun müddət qaldıqda onları çıxarmaq problemlərə səbəb olur. ABŞ hərbçilərinin mövcudluğu region ölkələrinə və xalqlarına zərər verir" ifadələrini işlədib.

  İran lideri İraq parlamentinin, hökumətinin və siyasət adamlarının ABŞ-ın nəzərində məqbul olmadıqlarını və Vaşinqtonun onları siyasət səhnəsindən silməyi planlaşdırdığını dilə gətirib.

 ABŞ-ın yalnız hərbi müstəvidə İraqda qalmaq istəmədiyinə işarə edən Xamenei Vaşinqton rəhbərliyinin bu ölkədə uzun müddət qalmağı və işğalın ilk illərindəki kimi bir hökumət qurmağı planlaşdırdığını ifadə edib.

ABŞ və Səudiyyə Ərəbistanın həqiqi niyyətlərinin bir-birindən fərqli olduğunu deyən Xamenei sözünə belə davam edib: "DEAŞ Mosulu işğal edəndə bu ölkələr onlara silah və təchizat göndərirdi. DEAŞ məğlub olduğunda İraqın dostu olduqlarını dilə gətirməyə başladılar. ABŞ və onun bölgədəki əlaltıları İraqın əldə etdiyi mövcud demokratiyanı, hakimiyyətdəki siyasi dinamikaları və rəhbərləri öz maraqlarına zidd hesab edirlər".

İraq baş naziri Adil Əbdülmehdi də İran ordusu və xalqının daim onların yanındaa olduğunu və DEAŞ-a da bu sayədə qalib gəldiklərini qeyd edərək: "İraq ilə İranın münasibətləri tarixi köklərə söykənir və ABŞ-ın İrana qarşı sanksiyalarından heç bir zaman asılı olmayacağımızı elan etmişik" deyə bildirib.

 

 

 

 



Әlaqәli Xәbәrlәr