Rejim qüvvələri İdlib deeskalasiya zonasındakı mülki mövqelərə hücum etdi

Suriyada Bəşər Əsəd rejiminə tabe olan qüvvələrin İdlib deeskalasiya zonası daxilindəki mülki mövqelərə etdiyi hücumda 3 mülki vətəndaş həlak oldu, 16 -sı yaralandı.

1178473
Rejim qüvvələri İdlib deeskalasiya zonasındakı mülki mövqelərə hücum etdi

 

 Suriyada rejim ordusundan və İranın  dəstək verdiyi xarici terrorçu qruplardan ibarət olan rejim qüvvələri İdlib deeskalasiya zonasının sərhədləri daxilindəki İdlib şəhərinin Marretinnuman, Sərakib və Kəfrənbil rayonları ilə Marrethırme və Tel Mennis kəndlərinə, Xama şəhərinin Kefer Zita rayonu ilə Qab düzündəki Əl Haviz, Əl Huveycə, Əl Şeria və Madik qalasındakı ərazilərə raket hücumu təşkil etdi.
 
 Mülki Müdafiə (Ağ Dəbilqəlilər) mənbələrindən alınan məlumata görə, İdlibin cənubunda yerləşən Sərakib rayonunda 3 mülki vətəndaş həlak olub,16 mülki vətəndaş yaralanıb.
 
 Mülki müdafiə dəstələri  xilas etmə işlərini davam etdirir. Ölü sayının arta biləcəyi ilə bağlı narahatlıq var.



Әlaqәli Xәbәrlәr