Cavad Zərif ABŞ dövlət katibinə sərt reaksiya verdi

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Amerika Birləşmiş Ştatlarının ölkədə baş verən sel fəlakətində zərər çəkənlərə İran qırmızı aypara cəmiyyəti vasitəsiylə yardım edəcəyinə dair xəbərləri təmzib edib.

1176140
Cavad Zərif ABŞ dövlət katibinə sərt reaksiya verdi

Nazir Məhəmməd Cavad Zərif, sosial media hesabından mövzu ilə əlaqəli yaydığı açıqlamasında fələkətzədələrə yardım etməkdə hazır olduqlarını ifadə edən ABŞ dövlət katibi Mike Pompeoya sərt reaksiya verib.

ABŞ sanksiyalarına görə fəlakətzədələrə xaricdən yardım çatdırılmadığını ifadə edən Cavad Zərif : "ABŞ-nın İran qırmızı aypara cəmiyyəti vasitəsiylə fəlakətzədələrə yardıma hazır olduğuna dair iddialar doğru deyil. Ancaq İran qırmızı aypara cəmiyyətinin ABŞ_ın qeyri-qanuni sanksiyalarına görə heç bir yardım ala bilməməsinə dair xəbərlər gerçəkdir”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi də dünən yaydığı açıqlamada ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbiylə fəlakətin yaşandığı bölgələrə kifayət qədər yardım çatdırıla bilmədiyinə diqqət çəkib.

ABŞ dövlət departamentinin rəhbəri Mike Pompeo isə dünənki yazılı açıqlamasında ölkəsinin İran qırmızı aypara cəmiyyətinə yardım çatdırılmasına menaə törətdiyinə dair iddiaları təkzib edib.



Әlaqәli Xәbәrlәr