"ABŞ humanitar yardımların qarşısını alır": H.Ruhani

İranda baş verən daşqın fəlakətindən zərər çəkənlərə beynəlxalq yardımların çatdırılmasına ABŞ-nın maneə törədməsi cinayətkarlıqdır.

1176449
"ABŞ humanitar yardımların qarşısını alır": H.Ruhani

Bunu İran prezidenti Həsən Ruhani, Ali dini lider Ayətullah Əli Xameneyinin Müsəlman ölkələrin tehrandakı səfirlərini qəbulu zamanı etdiyi çıxışında deyib. ABŞ-ın fəlakətzədələr üçün başqa ölkələrdən yardım göndərilməsinə maneə törətdiyinə diqqət çəkən Ruhani: "Ölkə xaricində yaşayan İranlılar öz vətəndaşlarına yardım göndərə bilmirlər. Buna ABŞ icazə vermir. Qırmızı aypara cəmiyyətinin əmanət hesablarını bağlayır. Bu böyük cinayətdir. Bir neçə ay əvvəl ABŞ-da baş verən sel fəlakətinin yaraları hələ də bağlana bilməyib. Lakin İran xalqının hərmişə olduğu kimi bu çətin gündə də bir-birləri və hökumət rəsmiləri ilə əl-ələ verərək yaraların qıssa müddətdə bağlanacağına inanıram. Ölkədəki 31 əyalətdən 25-i sel fəlakətinə məruz qalıb.Bu ərazilərin hamısında fövqəladə vəziyyət elan edilib. Bu çox az təsadüf edilə biləcək bir hadisədir”.

Ruhani çıxışında, ABŞ-ın Qüds və Qolan Tepeleri ilə əlaqədar qərarlarına da toxunaraq: “Nə Qüds işğalçıların paytaxtı olacaq, nə də Qolan Suriyanın nəzarətindən çıxarılabiləcək. Müsəlmanlara işğalçı sionistlərə təslim olmaları üçün hər cür təzyiq edən düşmənlər uğurlu olabilməyəcəklər”-deyə vurğulayıb.

Prezident Həsən Ruhani nazirlər və milletvekillerini qəbul zamanı etdiyi çıxışında isə Xarici İşlər Nazirliyi və ölkənin hüquq orqanlarından tələb edib ki, xaricdə yaşayan İranlıların sel fəlakətindən zərər çəkənlər üçün çatdırmaq istədikləri hümanitar yardımların nə üçün qarşısının alındığını araştırsınlar.

Sel fəlakətindən xeyli sayda vətəndaşın təsirləndiyini, çox sayda insanın həyatını itirdiyini ifadə edən Ruhani İrana yardım göndərilməsinə maneə törədildiyini, bunun qəbul edilməz olduğunu vurğulayıb.

İranda təxminən iki həftədir davam edən yağış səbəbiylə baş verən daşqınlar nəticəsində 57 adam həyatını itirib.



Әlaqәli Xәbәrlәr