Əşrəf Qani ABŞ nümayəndəsiylə görüşdü

Əfqanıstan prezidenti Əşrəf Qani, Amerika Birləşmiş Ştatlarının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə görüşdü.

1175445
Əşrəf Qani ABŞ nümayəndəsiylə görüşdü

Prezident aparatından yayılan bəyanatda bildirilib ki, Qani ilə Xəlilzad arasındakı görüş Kabildə prezident administrasiyasında baş tutub. Danışıqlar zamanı sülh müzakirələriylə əlaqəli atılan addımlar gündəmə daxil edilib. qeyd edilib ki, danışıqlar davam edəcək.

Xəlilzad sülh danışıqları məqsədiylə altıncı dəfə reallaşdırdığı səfər çərçivəsində Əfqanıstan Yüksək Sülh Şurasının Baş katibi Məhəmməd Ömər Davutzey, sülh müzakirə heyəti və qadın nümayəndələr ilə də bir araya gəlib.

Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qani rəhbərliyindəki hökumət üçün böyük təhdid hesab edilən Taliban təşkilatı, hələ də ölkənin bir çox bölgəsinə nəzarəti əlində tutur. Ancaq Talibanın nəzarət etdiyi ərazilərdə xeyli ciddi təhlükəsizlik problemlərin olduğu bilinir.

Hökumətin keçən il Taliban ilə sülh danışıqlarına başlamaq üçün lazımlı addımları atmasına və Sülh Şurası yaradmağına baxmayaraq nəticə əldə edilə bilməyib.

Keçmiş prezident Həmid Kərzai dövründə Əfqanıstan rəhbərliyi ilə Taliban arasında, Qətərın paytaxtı Dohada sülh danışıqlarının aparılması planlaşdırılsa da Talibanın qəbul edilməz addımları səbəbindən bu mümkün olmadı.



Әlaqәli Xәbәrlәr