"Ortaq Səhra Əsgərləri 3" manevrinə start verildi

Səudiyyə Ərəbistanı və Böyük Britaniya  qoşunlarının birgə  hərbi  təliminə  start verildi.

1175215
"Ortaq Səhra Əsgərləri 3"  manevrinə start verildi

Səudiyyə Ərəbistanı informasiya   agentliyi  SPA-nın   xəbərinə   görə    iki ölkə quru qüvvələrinin  iştirakı  ilə   təşkil  edilən  "Ortaq Səhra Əsgərləri 3"  hərbi  təlim  dünən Səudiyyə Ərəbistanıdakı  hərbi  zonada   start  götürüb.

Bildirilir ki,  iki ölkə arasında hərbi əlaqələrin möhkəmləndirilməsi, qoşunların döyüş qabiliyyətini  gücləndirmək və əməliyyat planlaşdırma sahəsində təcrübələri   artırmaq     məqsədiylə   keçirilən   manevr daha    əvvəl  təşkil  edilmiş  hərbi  təlimlərin   davamı   hesab  edilir. 

Xatırladaq ki,  Səudiyyə Ərəbistanı  və  Böyük Britaniya  arasında   son  dəfə  25 noyabr-6 dekabr 2018-ci il tarixlərində "Yaşıl Bayraq" adı  verilən   hərbi  təlim  təşkil  edilmişdi.

 



Әlaqәli Xәbәrlәr