İran ABŞ-ın sanksiyalarını sərt şəkildə tənqid etdi

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” hesabından verdiyi açıqlamada ölkəsindəki Qızıl Ayparanın sel fəlakəti səbəbilə zərər çəkən rayonlara yardım aparmaqda yaşadığı çətinliklərə toxunaraq ABŞ-ın sanksiyalarını tənqid edib.

1175153

İrana qarşı sanksiyalara görə ABŞ prezidenti Donald Trampı da sərt şəkildə tənqid edən Zərif bu ifadələri işlədib:
“Trampın maksimum sanksiya siyasəti BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarı və Beynəlxalq Ədalət Divanı hökmünün açıq-aşkar pozuntusudur. ABŞ sanksiyaları İranda Qızıl Ayparanın bənzəri görülməmiş sel fəlakətində zərər çəkən rayonlara yardım çatdırmasına maneə törətmişdir. Təcili yardım helikopterlərinin satışına sanksiya tətbiq edilməsi bu vəziyyətə bir nümunədir. Bu sadəcə iqtisadi bir müharibə deyil, eyni zamanda iqtisadi terrorizmdir".

Qeyd edək ki, İranda iki həftədən bəri davam edən yağışlar ucbatından baş verən təbii fəlakət nəticəsində 44 nəfər həyatını itirib.

Gülüstan əyalətindəki təbii fəlakət zamanı məzuniyyətə çıxdığı məlum olan vali Menaf Haşəmi ölkədə mübahisə mövzusu olmuş və bunun nəticəsində vəzifədən çıxarılmışdı.

Әlaqәli Xәbәrlәr