Ərəb Dövlətləri Liqası sammitinin yekun bəyannaməsi qəbul edildi

Tunisdə təşkil edilən 30-cu Ərəb Dövlətləri Liqası sammitində başda Fələstin-İsrail qarşıdurması olmaqla bölgədəki problemlərə əhatəli siyasi həll tapılması üçün çağırış edildi.

1174758
Ərəb Dövlətləri Liqası sammitinin yekun bəyannaməsi qəbul edildi

Tunisdə təşkil edilən 30-cu Ərəb Dövlətləri Liqası sammitində başda Fələstin-İsrail qarşıdurması olmaqla bölgədəki problemlərə əhatəli siyasi həll tapılması üçün çağırış edildi.

Sammitin qəbul etdiyi yekun bəyannaməsində Orta Şərqdə sülh və sabitliyin təsis edilməsinin Fələstin məsələsi ilə Ərəb-İsrail qarşıdurmasının əhatəli və ədalətli bir şəkildə həll edilməsindən asılı olduğu vurğulandı.

Bəyannamədə Fələstinin büdcəsinin maliyyə dəstəyi ilə təmin etmək öhdəliyi bir daha yada salındı, beynəlxalq ictimaiyyətə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Yardım Quruluşuna (UNRWA) dəstəyini davam etdirmək üçün çağırış edildi.

Fələstin xalqının beynəlxalq səviyyədə qorunmasının təmin edilməsi, İsrailin hücumlarının və başda Məscidül-Əqsa olmaqla,  müqəddəs məkanlara qarşı pozuntularının dayandırılması tələb edilən bəyannamədə Yəhudi Milli Dövlət Qanunu da qınandı.

Liviya böhranından da bəhs edilən bəyannamədə hərbi həllin qəbuledilməzliyi, siyasi həllin ən sürətli şəkildə təmin edilməsinin vacibliyi ifadə edildi.

Bəyannamədə Qolan təpələrinin işğal altındakı Suriya torpağı olduğuna diqqət çəkildi, İsrailin bu ərazilər üzərində "fait accompli"  siyasəti yürütməsinin qəbuledilməzliyi, Qolan təpələrinin hüquqi və demoqrafik statusunun dəyişdirilməsini hədəfləyən qərarların qeyri-qanuni olduğu vurğulandı.

Sənəddə Yəmən böhranına da toxunuldu, Husilərin Birləşmiş Millətlər Təşkilatının müşahidəsi altında Stokholmda əldə edilən atəşkəs razılaşmasına riayyət etməsinin vacibliyi qeyd edildi.
 



Әlaqәli Xәbәrlәr