‘‘Yer saatı’’ aksiyasına Gürcüstan da qoşulub

Gürcüstan Ümumdünya Vәhşi Tәbiәt Fondu (WWF) tәrәfindәn 2007-ci ildәn etibarәn hәyata keçirdiyi ‘‘Yer saatı’’ aksiyasına qoşulub.

1173909
‘‘Yer saatı’’ aksiyasına Gürcüstan da qoşulub

 

Gürcüstan da  Ümumdünya Vәhşi Tәbiәt Fondu (WWF) tәrәfindәn 2007-ci ildәn etibarәn hәyata keçirdiyi ‘‘Yer saatı’’ aksiyasına qoşulub.

Hәr il mart ayının sonunda Ümumdünya Vәhşi Tәbiәt Fondu tәrәfindәn tәşkil edilәn ‘‘Yer saatı’’ aksiyası çәrçivәsindә paytaxt Tbilisidәki Prezident İqamәtgahı, Nazirlәr Kabineti vә Parlament binasının işıqları bir saatlıq söndürülüb.

Qeyd edәk ki, İlk dəfə bu tədbir (WWF) tərəfindən “The Sydney Morning Herald” qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Azərbaycanda isə rəsmi olaraq 2011-ci ildən qeyd edilir.

“Yer saatı” aksiyası zamanı böyük şəhərlərdəki məşhur binaların fasadlarının işıqları bir saatlıq söndürülür. Ənənəvi olaraq bu aksiyada 160-dan çox ölkə və 7000-dən çox şəhər iştirak edir.

Aksiya iştirakçıları bu rəmzi hərəkətlə ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəldir, enerjiyə qənaəti təşviq edirlər.



Әlaqәli Xәbәrlәr