İraq ordusu Sincara әlavә qüvvә göndәrәcәk

İraq Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi  Osman əl-Qənimi  Mosulun Sincar bölgәsinә әlavә qüvvә göndәrilәcәyini açıqlayıb.

1167676
İraq ordusu Sincara әlavә qüvvә göndәrәcәk

 

İraq Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi  Osman əl-Qənimi  Mosulun Sincar bölgәsinә әlavә qüvvә göndәrilәcәyini açıqlayıb.

İraq Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn açıqlamaya әsasәn, Qәnimi ordu ilә separatçı terror tәşkilatı PKK arasında qarşıdurmanın yaşandığı Mosulun Sincar bölgәsindәki hәrbi rәsmilәr ilә görüşüb.

"İraq ordusu dövlətin ləyaqətini təmsil edir və bizim qırmızı xəttimizdir. Qәnimi Sincarda yaşanan qarşıdurmalardan sonra bölgәyә әlavә göndәrilmәsi ilә bağlı qәrar qәbul edib’’,-deyә mәlumatda vurğulanıb.

Qәnimi tәhlükәsizlik qüvvәlәrinә vә dinc sakinlәrә hücum edәnlәrә lazımi cavabın verilmәsi ilә bağlı göstәriş verib.

İraq Baş naziri Adil Әbdülmehdi daha әvvәl keçirdiyi mәtbuat konfransında Sincarda lazımi tәhlükәsizlik tәdbirlәrinin görüldüyünü vә 2 hәrbçini qәtlә yetirәn PKK terrorçularının tәslim olduğunu ifadә etmişdi.



Әlaqәli Xәbәrlәr