Novruz şənlikləri faciəyə çevrildi

İranda İlaxır çərşənbədə keçirilən festivallarda 615 insan yaralanıb, 2 nəfər isə həlak olub.

1167280
Novruz şənlikləri faciəyə çevrildi

İranda İlaxır çərşənbədə keçirilən festivallarda 615 insan yaralanıb, 2 nəfər isə həlak olub.

İranın rəsmi xəbər agentliyi "İRNA"nın məlumatına görə, bu barədə ölkənin təcili tibbi yardım xidməti məlumat yayıb.

Yaralılardan 524-nün kişi, 91-nin qadın olduğu və müalicədə olan 74 nəfərdən 3-nün xüsusi müalicədə olduğu bildirilib. 

Ölkədə keçən ilki "Çərşənbə Suri" mərasimlərində 4 nəfər ölmüş, 4 min 779 nəfər isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr