Türkiyə-İran sərhədində birgə əməliyyat

İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfikari Türkiyə-İran sərhədinə nəzarət üçün birgə əməliyyat həyata keçiriləcəyini açıqladı.

1165246
Türkiyə-İran sərhədində birgə əməliyyat

İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfikari Türkiyə-İran sərhədinə nəzarət üçün birgə əməliyyat həyata keçiriləcəyini açıqladı.

Nazir paytaxt Tehranda keçirdiyi mətbuat konfransında İranın sərhəd təhlükəsizliyinə toxunaraq deyib: “Türkiyə ilə ortaq sərhədin qorunması üçün müsbət addımlar atıldı. Türkiyə-İran sərhədində birgə əməliyyat həyata keçirəcəyik. Sərhəddə ümumi mənada probləm yoxdur.”

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu da martın 6-da İran ilə əhəmiyyətli əməkdaşlıq etdiklərini bildirərək “İranla PKK-ya yönəldilmiş birgə əməliyyat həyata keçirəcəyik. Birgə əməliyyat həyata keçirilməsi məsələsi uzun müddətdir Türkiyə dövlətinin tezisidir” demişdi.



Әlaqәli Xәbәrlәr