Rusiyaya mәxsus döyüş tәyyarәlәri İdlibdәki qaçqın düşәrgәsinә zәrbәlәr endirib

Bu barәdә müxalifәt qüvvәlәrin yaydığı mәlumatda qeyd olunub.

1162325
Rusiyaya mәxsus döyüş tәyyarәlәri İdlibdәki qaçqın düşәrgәsinә zәrbәlәr endirib


Suriyanın şimal-qərbində yerlәşәn  Serakib rayonundakı  qaçqın düşərgəsinə təşkil olunan hava hücumu nәticәsindә iki mülki vәtәndaş hәlak olub.

Müxaliflәrin yaydığı mәlumata әsasәn, Rusiyaya mәxsus tәyyarәlәr tәrәfindәn hәyata keçirilәn hücum nәticәsindә 19 nәfәr dә xәsarәt alıb.

‘‘Ağ dəbilqəlilər’’ tәşkilatından verilәn mәlumatda qeyd olunub ki,  səhər saatlarında İdlibin cənub-şərqindәki Serakib  rayonunun Kefer Amim kәndindәki qaçqın düşәrgәsinә hücum tәşkil edilib.

Hücum nәticәsindә 2 mülki vәtәndaşın hәlak olduğu, 19-nun da yaralandığı vurğulanıb.

Mәlumatlara әsasәn, Hımeymim hәrbi hava bazasından havaya qalxan Rusiyaya mәxsus  ''SU 34''  tipli döyüş tәyyarәlәri yerli vaxtla saat 04.00-dәk hücumlarını davam etdirib.



Әlaqәli Xәbәrlәr