Doha İslam dünyasının "Gənclik paytaxtı" adını təhvil aldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətli heyətinin fəxri rəhbərlik etdiyi Qüds- 2018 İslam Dünyası Gənclik Paytaxtı Proqramının təhvil-təslim mərasimi paytaxt Ankarada keçirildi.

1161273

 Gənclər və İdman Nazirliyinin konfrans zalında keçirilən mərasimdə Qüdsün 2018-ci ildə üzərinə götürdüyü İslam dünyasının "Gənclik paytaxtı" adı simvolik açarın təhvili ilə 2019-ci il üçün Qətərin paytaxtı Dohaya verildi.
 
Mərasimdə çıxış edən Gənclər və İdman naziri Mehmet Məhərrəm Kasapoğlu: "Qüds yalnız şəhər deyil. Qüds bütün dünya müsəlmanları üçün bir simvoldur. Qüds bizim ilk sevgimiz, ilk qibləmizdir. Qüds namusumuzdur" dedi.
 
 Kasapoğlu Qüdsün heç kimin siyasi maraqlarına alət edilə bilməyəcəyini dilə gətirdi.
 
Gənclər və İdman naziri Qüdsə xidmət etmə xoşbəxtliyinə nail olub, minlərlə əsər qazandıran əcdadın nəvələri olaraq, şəhərə dəstək olmağa davam edəcəklərini vurğuladı.
 
 İslam Dünyası Gənclik Paytaxtı Proqramı çərçivəsində il boyu keçirilən tədbirlərdə uğurlu olan iştirakçılara mükafatların təqdim edilməsindən sonra 2019-ci ildə bu adı daşıyaraq proqrama ev sahibliyi edəcək Doha üçün təmsili açar Qətər rəsmilərinə təhvil verildi.

Әlaqәli Xәbәrlәr