Həsən Ruhanidən Aİ-yə çağırış: "ABŞ-ın boşluğunu doldurun"

İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatlarının nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etdikdən sonra yaranan boşluğun Avropa İttifaqı tərəfindən doldurulması lazım olduğunu söylədi.

1160202
Həsən Ruhanidən Aİ-yə çağırış: "ABŞ-ın boşluğunu doldurun"

İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatlarının nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etdikdən sonra yaranan boşluğun Avropa İttifaqı tərəfindən doldurulması lazım olduğunu söylədi.
 
 İran Prezident Aparatından verilən məlumata görə, Maltanın Tehrandakı səfiri Pol Mifsudun (Paul Mifsud) etimadnaməsini təqdim etdiyi qəbulda çıxış edən Ruhani Avropa İttifaqını nüvə müqaviləsinin qorunması məsələsində ABŞ-ın yerini doldurmağa çağırıb.
 
 Nüvə müqaviləsinin imzalanması ilə birlikdə Maltanın da aralarında olduğu Avropa ölkələri ilə münasibətlərdə yeni mərhələyə girdiklərini, lakin ABŞ-ın müqavilədən birtərəfli və "qeyri-qanuni" şəkildə ayrılmasından sonra müqavilənin boşluğa düşdüyünü deyən Ruhani: "Avropa İttifaqından gözləntimiz ABŞ-ın çəkilməsindən sonra yaranan boşluğu kompensasiya etməsidir" deyib.
 
 Malta səfiri Mifsud isə nüvə müqaviləsini Avropa İttifaqı ilə İran arasındakı ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsində "yol xəritəsi" olaraq gördüklərini bildirərək:"Malta nüvə müqaviləsini dəstəkləyir" ifadəsini işlədib.
 
 Xatırladaq ki, Vaşinqton rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə imzalanan nüvə müqaviləsini  2018-ci ilin may ayında birtərəfli şəkildə ləğv edib.

 ABŞ-ın müqavilədən çəkilməsindən sonra Tehran rəhbərliyi ilə nüvə müqaviləsini qüvvədə saxlamaq istəyən Avropa İttifaqı İranla ticarəti asanlaşdırmaq və  Avropa şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq  yaradılan "INSTEX" adında ödəmə mexanizmini işə salmışdı. Mexanizmin yalnız dərman və ərzaq ticarətini əhatə etməsi Tehran rəhbərliyinin reaksiyasına səbəb olmuşdu.
 
 İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi çərşənbə axşamı günü alman diplomatı Filip Akkermannla (Phillip Ackermann) Tehrandakı görüşündə: "Nüvə müqaviləsini qorumaq üçün siyasi iradə kifayət deyil. Avropa nüvə müqaviləsini qorumaq üçün addım atmalıdır" demişdi.



Әlaqәli Xәbәrlәr