Beynəlxalq Vicdan Hərəkatı Əsma Əsədə müraciət etdi

Beynəlxalq Vicdan Hərəkatının sözçülərindən biri olan Hüseyn Oruc Suriya həbsxanalarında 7 mindən çox qadın və uşağın tezliklə azadlığa buraxılması üçün rejim lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə müraciət etdi.

1160164
Beynəlxalq Vicdan Hərəkatı Əsma Əsədə müraciət etdi

Beynəlxalq Vicdan Hərəkatının sözçülərindən biri olan Hüseyn Oruc Suriya həbsxanalarında 7 mindən çox qadın və uşağın tezliklə azadlığa buraxılması üçün rejim lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə müraciət etdi.
 
 Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisində İnsan Haqları Şurasının 40-ci sessiyası çərçivəsində görüşlər keçirmək üçün İsveçrəyə gedən Oruc Anadolu Xəbər Agentliyinin suallarını cavablandırdı.
 
 Ölkədə 7 ildə 500 mindən çox mülki vətəndaşın həlak olduğunu, milyonlarlasının ölkəni tərk etmək məcburiyyətində qaldığını dilə gətirən Oruc Suriya həbsxanalarında Bəşər Əsəd rejiminin verdiyi rəqəmlərə görə, 7 mindən çox qadın və uşağın olduğunu söylədi.

 Bu rəqəmin daha çox ola biləcəyi ilə bağlı xəbərdarlıq edən Oruc həbsxanadakı qadın və uşaqların müharibənin kölgəsində qaldıqları üçün çox da gündəmdə olmadıqlarını qeyd etdi.
 
 Oruc: "Bunların heç biri həbsxanada etdiklərinə görə yatmırlar. Bunların hamısı ya ərlərinin, ya atalarının, yaxud da qardaşlarının və ailələrindəki insanların müxalif olmalarına görə həbsxanaya salınıblar" deyə danışdı.
 
 Oruc rejim lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə müraciət edərək: "Bu işgəncələri bir müsəlmanın etməsi mümkün deyil. Başqa bir insanın etməsi də mümkün deyil. Biz bütün dünyadan, Suriya rejimindən və xüsusilə də, qadını bəlkə bir az daha yaxından başa düşə biləcək Əsma Əsəddən bu vəziyyəti bir daha düşünmələrini və Suriya həbsxanalarındakı qadınları qeyd-şərtsiz, dərhal, vaxt itirmədən sərbəst buraxmalarını tələb etmək üçün BMT-dəyik" dedi.



Әlaqәli Xәbәrlәr