Yəməndə mülki vətəndaşlar ABŞ və Böyük Britaniya istehsalı olan silahlarla öldürülürlər

Yəməndə davam edən vətəndaş müharibəsində istifadə edilən ABŞ və Böyük Britaniya istehsalı olan bombalar qadınlar və uşaqlar da daxil olmaqla, 203 mülki vətəndaşın ölməsinə, 700-dən  çox vətəndaşın də yaralanmasına səbəb olub.

1158931
Yəməndə mülki vətəndaşlar ABŞ və Böyük Britaniya istehsalı olan silahlarla öldürülürlər

 

"Washington Post" qəzetində dərc olunan xəbərə görə, insan haqları təşkilatları tərəfindən yayılan bir hesabatda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyindəki koalisiya qüvvələri tərəfindən Yəmənə edilən hava hücumlarında Amerika Birləşmiş Ştatları və Böyük Britaniya istehsalı olan bombaların  203 mülki vətəndaşın həlak olmasına və ən azı 749 nəfərin yaralanmasına səbəb olduğu, ölü və yaralılar arasında 122-ci uşaq və 56 qadının olduğu bildirilir.
 
 Yəmən mərkəzli Mvatana İnsan Haqları Təşkilatı və ABŞ mərkəzli İnsan Haqları üzrə Universitet Şəbəkəsi tərəfindən hazırlanan hesabatda koalisiya qüvvələri tərəfindən aprel  2015-ci il - aprel 2018-ci il dövründə Yəmənə təşkil olunan hava hücumlarından 27-nin tamamilə mülki hədəflərə qarşı olduğu ifadə edilir.
 
 Hesabatda hücumlardan bir çoxunun hər hansı bir potensial hərbi hədəfdən uzaqda baş vermiş kimi göründüyünə işarə edilir,  bomba izlərinin və qalıqlarının bu hücumlardan 25-də qadağan olunmuş kasset bombası da daxil olmaqla, ABŞ istehsalı, 5-də Böyük Britaniya istehsalı olan silahlardan istifadə edilmə ehtimalını ortaya qoyduğu vurğulanır.
 
 Hesabata görə, 27 hava hücumundan 16-sı mülki vətəndaşların kütləvi halda olduğu yerləri, vətəndaşlara məxsus evləri və bir mülki gəmini, 5-i təhsil və səhiyyə müəssisələrini, 5-i mülki iş yerlərini və 1-i də hökumət mədəniyyət mərkəzini hədəf alıb.
 
 Hesabatda: "Əldə edilən dəlillər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyindəki koalisiya qüvvələrinin müharibə qanunlarına aid öhdəliklərini yerinə yetirmədiyini və Yəməndə böyük sayda vətəndaş itkilərinə və digər mülki zərərlərə səbəb olan nisbətsiz və fərq qoymayan hücumlarda dəfələrlə ABŞ silahlarından istifadə edildiyini göstərən əvvəlki sübutu dəstəkləyir" ifadələrinə yer verilir.
 
 "New York Times" qəzetində dekabr ayında dərc olunan xəbərdə ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinə satdığı bombaların səbəb olduğu dağıntılardan, insanların yaşadıqları faciələrdən bəhs edilmiş,  ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışı rəqəmləri göstərilmişdi.
 
Yerli mənbələr ABŞ-ın CNN televiziyasına verdikləri məlumatda Səudiyyə Ərəbistanı və koalisiyanın başlıca tərəfdaşı olan Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə qəbilə və qruplara sədaqətli olduqları təqdirdə amerikan silahları və hərbi texnikaları verdiklərini iddia etmişdilər.



Әlaqәli Xәbәrlәr