Prezident Ruhani ABŞ-ın sanksiyalarına münasibǝt bildirib

ABŞ ölkəmizi 1979-cu il İnqilabı əvvəlindəki mövqəyinə qaytarmaq istəyir, ancaq bunun qəbulu mümkünsüzdür. İran prezidenti Həsən Ruhani bu barədə Gilan əyalətinə səfəri zamanı bəyanat yayıb.

1158190
Prezident Ruhani ABŞ-ın sanksiyalarına münasibǝt bildirib

ABŞ ölkəmizin 1979-cu il İnqilabı əvvəlindəki şərtlərə qayıtmasını istəyir, ancaq bunun qəbulu mümkünsüzdür. İran prezidenti Həsən Ruhani bu barədə Gilan əyalətinə səfəri zamanı bəyanat yayıb.

Prezident Gilan əyalətinin Lahican şəhərində Rəşt və Qəzvin şəhərləri arasında qatar xəttinin açılış mərasimində etdiyi çıxışında ABŞ-ın tətbiq etdiyi sanksiyalara toxunub. Prezident vurğulayıb ki, ABŞ sanksiya tətbiqi ilə hədəfinə nail olabilməyəcək. Ancaq ölkəmizin sanksiyalardan ağır təsirləndiyini də inkar edəbilmərik. Hazırda ölkəmiz psixoloji və iqtisadi müharibə ilə qarşı-qarşıyadır. Çox mühüm və həssas şəraitdə yaşayırıq, ABŞ ölkəmiz və xalqımız üçün böyük problemlər yaratdı. Lakin davam etdirdiyimiz mövqeyimizdən imtina edəbilmərik. ABŞ İran təqviminə görə 21 Martda sona çatacaq olan 1397-ci ili İranın məğlubiyyət və öz üçün zəfər ilinə çevirməyi planlaşdırsa da bunda uğurlu olabilməyəcək. İran ilə ABŞ arasındakı əsas problem Vaşinqton rəhbərliyinin ölkəmizin 40 il əvvələ qayıdması xəyalıdır. ABŞ təhrikedici siyasətiylə bütün dünyaya hökm etməyi planlaşdırır. Budur ki, belə siyasət izləyən bir ölkə ilə heç bir məsələni müzakirə etmək olmaz. Müttəfiqimiz olan Avropa İttifaqı da ABŞ-a boyun endirmədi”.



Әlaqәli Xәbәrlәr