YPG/PKK terrorçuları müxaliflәrin nәzarәtindәki bölgәlәrә hücum edib

Hücum nǝticǝsindǝ baş verǝn qarşıdurma zamanı Azad Suriya Ordusunun  (ASO)  6 üzvü hǝlak oldu.

1155714
YPG/PKK terrorçuları müxaliflәrin nәzarәtindәki bölgәlәrә hücum edib

Suriyanın şimalındakı Tel Rıfat qǝsǝbǝsindǝki terror tǝşkilatı YPG/PKK müxaliflǝrin nǝzarǝtindǝki bölgǝlǝrǝ hücum tǝşkil edib.

Hücum nǝticǝsindǝ baş verǝn qarşıdurma zamanı Azad Suriya Ordusunun  (ASO)  6 üzvü hǝlak oldu.

Əldǝ olunan mǝlumata ǝsasǝn, Hǝlǝb şǝhǝrinin şimalındakı Tel Rıfat qǝsǝbǝsini işğal edǝn terror tǝşkilatı YPG/PKK hǝrbi müxaliflǝrin nǝzarǝtindǝki Azez  qǝsǝbǝsinin cǝnubundakı Kal Cibrin kǝndinǝ gecǝ radǝlǝrindǝ hücum edib.

Hücum nǝticǝsindǝ YPG/PKK ilǝ Azad Suriya Ordusu arasında qarşığurma olub.

Qarşıdurma nǝticǝsindǝ Azad Suriya Ordusunun altı üzvü hǝlak olub.

Qeyd edǝk ki, Tel Rıfatdakı YPG/PKK terrorçuları  vaxtaşırı müxaliflǝrin nǝzarǝtindǝki bölgǝlǝrǝ hücum edir.



Әlaqәli Xәbәrlәr