Taliban Şorab hərbi bazasına hücum etdi
Terror təşkilatı Taliban üzvləri Əfqanıstanın cənubundakı Helmand əyalətində yerləşən Şorab hərbi bazasına hücum təşkil etdilər.

Əfqanıstan Müdafiə Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb. Bildirilib ki, 12 terrorçu, Şorab hərbi bazasına hücum edib. Hadisə əsnasında terrorçulardan 4-ü zərərsizləşdirilib. Hücum nəticəsində təhlükəsizlik qüvvələrinin itki verdiyi ifadə edilən açıqlamada saylarına dair məlumat verilməyib.
Qaçan terrorçuların tutulmaları üçün şəhərdə əməliyyat başladılıb.
Talibanın açıqlamasında isə hücum nəticəsində çox sayda təhlükisizlik işçisinin həyatını itirdiyi aralarında pilotların da olduğu bildirilib.
Qeyd edək ki, Helmand şəhərinin Vaşir rayonunda yerləşən Şorab hərbi bazasında ABŞ-ın hərbi düşərgəsi yerləşir.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 86 yük maşını ilə humanitar yardım göndərdi.