Pakistan XİN-i M. Kureyşi  TRT kanalına müsahibə verdi

Pakistan xarici işlər naziri Şah Mahmud kürəyşi bölgədə cərəyan edən proseslərə dair Türkiyə Radio Televiziya Şirkəti (TRT)-nin televiziya kanalı Worlda münasibət bildirib.

1154375
Pakistan XİN-i M. Kureyşi  TRT kanalına müsahibə verdi

Kəşmirdə Hindistanın 44 əsgərinin ölümü ilə nəticələnən hücumla Pakistanın əlaqəsi olmadığını ifadə edən Kureyşi: “Hadisə ilə bağlı İstintaq aparılmasını təklif etdik. Əllərində sübut vardırsa Pakistanla bölüşmələrini istədik. Həmçinin dialoqa dəvət etdik. Nüvə silaha sahib iki ölkə arasında qarşıdurma olabilməz. Hindistanın izlədiyi siyasət təhlükəlidir. Pakistanı qışqırdır. Həm ölkəmizə hücum etdi həm də hava məkanını pozdu. Hindistanın təcavüzkar siyasəti dünən iki ölkə arasında gərginlik yaşanmasına  səbəb   oldu.  Onlara  Xətti aşmaları halında özümüzü müdafiə edəcəyimizi daha əvvəldən bildirmişdik. Hindistan ordusuna məxsus iki qırıcını vuraraq müdafiə hüququmuzu istifadə etdik. Ancaq onların ərazilərinə daxil olmadıq. Sərhədlərimiz daxilində müdaxilə etdik. Beynəlxalq ictimaiyyət bu hadisələri narahatlıqla izləyir. Baş nazirimiz İmran Xan dəfələrlə dialoq haqda çağırış etdi. Problemin danışıqlarla həllini istədiyimizi səsləndirdik. İndi Hindistanın bu çağırışa necə cavab verəcəyini gözləyirik. Daha bundan sonra hər şey Hindistandan asılıdır. əks təqdirdə əhəmiyyətli bir fürsəti bada verər. Pakistanda fərqli bir hökumətin iqtidarda olduğu və məsələləri sülhpərvər yollarla həll etmək istidiyi idrak edilməlidir” –deyə Kureyşi bildirib.

 



Әlaqәli Xәbәrlәr