Cavad Zərif: "Dünya Qərbin müstəvisində yerləşməyib"

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünyanın güc mərkəzlərinin Amerika Birləşmiş Ştatları və Avropanın ətrafında formalaşmadığını bildirdi.

1154364
Cavad Zərif: "Dünya Qərbin müstəvisində yerləşməyib"

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünyanın güc mərkəzlərinin Amerika Birləşmiş Ştatları və Avropanın ətrafında formalaşmadığını bildirdi.

Tehran Universitetində təşkil edilən bir tədbirdə çıxış edən Zərif: "Dünya Qərbin müstəvisində yerləşməyib. Dünyada güc mərkəzləri ABŞ və Avropanın ətrafında toplaşmır. Dünya artıq dəyişdi. Müasir dünyada hakimiyyətin əsasını elm, texnologiya, müstəqillik, inanc və cəmiyyətin etimadı təşkil edir" dedi.

Zərif Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin keçən il silah satın almaları barəsində də fikir bildirdi.

Ötən il Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin ümumilikdə 89 milyard dollarlıq silah aldıqlarınıı xatırladan Zərif: "İranın hərbi büdcəsi çox azdlr. Buna baxmayaraq, niyə bu qədər narahatdırlar? Biz öz təhlükəsizliyimiz üçün istehsal edirik, bədxərclik etmirik. Beynəlxalq əməkdaşlıq zəminimizin aşağı səviyyədə olmasına rəğmən elmi fəaliyyətlərimizin nəticələri yüksəkdir".

İran xəbər agentliyi ISNA-ya görə, Zərif ölkəsinin çətin bir prosesdən keçdiyini, lakin xalqa güvənərək gələcəyə ümidlə baxdıqlarını söyləyib.
 



Әlaqәli Xәbәrlәr