İranda parlamentə seçkilərin tarixi məlum olub

İranda ümumi seçkilər 21 fevral 20120-ci ildə keçiriləcək. İran Daxili İşlər Nazirliyinin sözçüsü Seyit Səlman Samani məlumat yayıb.

1153746
İranda parlamentə seçkilərin tarixi məlum olub

İran Tələbə İnformasiya Agentliyi (ISNA)-nın məlumatına görə, Samani yaydığı açıqlamasında: “Parlamentə seçkilər və Mütəxəssislər Məclisinə ara seçkilər 21 Fevral 2020-ci ildə keçiriləcək”.

 İranda 290 yerli milli məclisə seçkilər 4 ildə bir, mütəxəssislər məclisinə seçkilər isə 8 ildə bir keçirilir.

5-ci dövr mütəxəssislər məclisi seçkiləri 26 Fevral 2016-cı il keçirildi. Həmin məclis üzvlərindən bəziləri həyatını itirdikləri üçün ara seçkilər keçiriləcək. Üzvləri xalq tərəfindən seçilən mütəxəssislər məclisi 86 din xadimindən təşkil tapır.

Mütəxəssislər məclisi, ölkənin ən nüfuzlu lideri hesab edilən dini rəhbəri təyin etmək, rəhbərin vəfatı halında onun yerinə yeni lider seçmək kimi səlahiyyətlərə sahibdir.

 



Әlaqәli Xәbәrlәr