İran prezidenti Həsən Ruhani Paşinyan ilə görüşüb

İran prezidenti Həsən Ruhani rəsmi səfərlə Tehranda olan Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş keçirib.

1153813
İran prezidenti Həsən Ruhani Paşinyan ilə görüşüb

İran prezidenti Həsən Ruhani rəsmi səfərlə Tehranda olan Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş keçirib.

Ruhaninin dəvətilə İrana səfər edən Paşinyan Tehran Mehrabad hava limanında İranın Enerji naziri Rza Erdekaniyan tərəfindən qarşılanıb.

Tehrandakı rəsmi qarşılanma mərasimindən sonra Ruhani və Paşinyan başçılığında heyətlar arasında görüş baş tutub.

Görüşdən sonra iki ölkə arasında iqtisadi əməkdaşlığı nəzərdə tutan iki razılaşma sənədi imzalanıb.

Ruhani imza mərasimindən sonra təşkil edilən birgə mətbuat konfransında yaydığı açıqlamada İran ilə Ermənistan arasında siyasi, iqtisadi, turizm, elm, mədəniyyət və akademik sahələrdəki əməkdaşlığı inkişaf etdirmək istədiklərini söyləyib.  

Ermənistan ilə başından bəridir yaxşı münasibətləri olduğunu söyləyən Ruhani rəsmi Yerevan rəhbərliyinin ABŞ sanksiyaları ilə əlaqəli ortaya qoyduğu mövqedən duyduqları məmnuniyyəti ifadə edərək, “Üçüncü ölkənin İran ilə Ermənistan əlaqələrinə müdaxilə etməməsi barədə qətiyyətliyik” deyib.

İran, Ermənistan və Gürcüstan arasında elektirik xətti yaradılması və sonradan Rusiyanın da buna daxil olması barədə razılışdıqlarını bildirən Ruhani görüşdə Bəsra Körfəzinin Ermənistan və Gürcüstan üzərindən Qara dənizə bağlanması məsələsini də müzakirə etdiklərini bildirib.

Son olaraq Yerevan ilə olan təbii qaz və elektirik sahəsindəki iqtisadi əlaqələrə toxunan Ruhani Ermənistanda qurulacaq elektirik stansiyası ilə əlaqədar müzakirələri gözdən keçirdiklərini və bu ölkəyə daha çox qaz ixrac etməyə hazır olduqlarını dilə gətirib.



Әlaqәli Xәbәrlәr