Avropa İttifaqı –Ərəb Birliyi sammitinin qapalı iclası başladı

Bu gün Misirdə Abdulfəttah əs-Sisi rəhbərliyinə Avropa ölkələrindən dəstək kimi şərh edilən Avropa İttifaqı –Ərəb Birliyi sammitinin qapalı iclası başladı.

1152101
Avropa İttifaqı –Ərəb Birliyi sammitinin qapalı iclası başladı

Bu gün Misirdə Abdulfəttah əs-Sisi rəhbərliyinə Avropa ölkələrindən dəstək kimi şərh edilən Avropa İttifaqı –Ərəb Birliyi sammitinin qapalı iclası başladı.

Misir rəsmi informasiya agentliyi MENA-nın yaydığı xəbərə görə, sammitin ikinci günündə Ərəb ölkələri və Avropa İttifaqı arasındakı siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı ilə yanaşı ortaq regional problemlər müzakirə edilib.

Qapalı iclasda Suriya, Yəmən və Liviyadakı vətəndaş müharibəsi, Fələstin problemi, mövsüm dəyişiklikləri və nizamsız miqrasiya kimi müxtəlif mövzular mayasa qoyulacaq.

Sammitdə  Avropa İttifaqı ölkələrinin iştirakı Misirdə demokratik seçkilərlə vəzifəyə gəlmiş ilk prezident Məhəmməd Mursinin 2013-cü ildə hərbi eüvrilişlə devrilməsindən sonra hakimiyyətə gələn Sisiyə və beləliklə, çevrilişə Qərbin dəstəyi olaraq qəbul edilir.

Qeyd edək ki, Qərbin son günlərdə həyata keçirilən edamlara qarşı çox da yüksək səslə reaksiya göstərməməsi diqqət çəkir.

Baş prokuror Hişam Berekata təşkil edilən bombalı hücuma görə ittiham edilən və edam cəzasına məhkum edilən 9 gənc barəsindəki hökm fevralın 20-də həyata keçirilib.

Bununla, Misirdə edam edilən gənclərin sayı iki həftə içində 15-ə yüksəlib.

Edamlara səs çıxarmayan Avropa İttifaqının bəzi liderləri və səlahiyyətli şəxslərinin Şarm əş-Şeyxdəki sammitdə iştirakları insan hüquqları müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid olunur.

21 fəal üzvü olan Ərəb Birliyi ölkələrindən 11-i sammitdə kral, əmir və prezident səviyyəsində iştirak edirlər.

Dörd ölkə sammitə baş naziri və xarici işlər nazirlərini göndərib.

İki ölkə isə sammitdə daha aşağı rəsmi səviyyədə təmsil olunurlar.

Qətərin Ərəb Birliyi daimi nümayəndəsi səviyyəsində təmsil edildiyi sammitə Birləşmiş Ərəb Əmirliklərinin (BEA) Fecira bölgəsi valisini göndərməsi də diqqət çəkən məqam oldu.

"Stabilliyə sərmayə" adı altında təşkil edilən ilk Aİ-Ərəb Birliyi sammiti bu gün başa çatacaq.



Әlaqәli Xәbәrlәr