Suriyada bomba yüklü maşın partladıldı, 5 nəfər həlak oldu

Suriyada separatçı terror təşkilatı YPG/PKK-nın işğalı altında olan Münbiçdən çıxan bomba yüklənmiş maşının Cerablusda partladılması nəticəsində 5 polis həlak oldu.

1150278
Suriyada bomba yüklü maşın partladıldı, 5 nəfər həlak oldu

Suriyanın yerli mənbələrindən alınan məlumatlara görə, "Fərat Qalxanı" əməliyyatı nəticəsində terrorçulardan azad olunan Cerablus rayonunun cənub-qərbindəki Qandurada bomba yüklü maşın partlayıb.
 
 Maşının YPG/PKK-nın işğalı altında olan Münbiçdən çıxdığı və Cerablus rayonunun ilk nəzarət məntəqəsində partladıldığı bildirilir.
 
"Ağ Dəbilqəlilər"in rəhbəri Raid Saleh sözügedən maşında axtarış aparan Azad Suriya Ordusuna tabe olan yerli polislərdən 5-nin partlayış nəticəsində həlak olduğunu söylədi.
 
Qeyd edək ki, bir gün əvvəl də "Zeytun Budağı" əməliyyatı ilə terrorçulardan azad olunan Afrinin mərkəzində axşam saatlarında bomba yüklü maşın partladılıb. Nəticədə 1 mülki vətəndaş ölüb, 20 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr