Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibdәki yaşayış mәntәqәlәrini top atәşinә tutub

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının müdürü Mustafa Hac Yusif mәlumat verib.

1148343
Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibdәki yaşayış mәntәqәlәrini top  atәşinә tutub

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә İranın dәstәklәdiyi terror qruplaşmaları Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә altı dinc sakin xәsarәt alıb.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, rejim qüvvәlәri  Xan Şeyxun vә Marratinnuman qәsәbәlәrinin Habit, Der әl-Şaki vә Tel Mennis kәndlәri ilә Xama şәhәrinin şimalındakı Madik qalası, Şeria, Huveyz vә Havicә kәndlәrini  top atәşinә tutub.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının müdürü Mustafa Hac Yusif mәlumat verib.

‘‘Rejim qüvvәlәri minlәrlә insanın yaşadığı İdlibin әn böyük yaşayış mәntәqәlәrinә  ağır zәrbәlәr endirmәyә davam edir. Bombardman nәticәsindә altı dinc sakin xәsarәt aldı’’,-deyә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

Mustafa Hac Yusif qeyd edib ki, rejim qüvvәlәrinin Xan Şeyxuna endirdiyi zәrbәlәr nәticәsindә beş dinc sakin hәlak olub, altıdan çox adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Qeyd edәk ki, Rejim qüvvәlәrinin  İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrinә bu il tәşkil etdiyi hücumlar nәticәsindә 68  dinc sakin hәlak olub, 200-dәn çox adam da xәsarәt alıb.



Әlaqәli Xәbәrlәr