İran maliyyə mexanizmini tezliklə həyata keçirilməsini gözləyir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Fransa, Böyük Britaniya və Almaniya tərəfindən ölkəsi ilə ticarəti davam etdirə bilmək üçün yaradılan maliyyə mexanizminin tezliklə həyata keçirilməsinin vacibliyini qeyd etdi.

1147599
İran maliyyə mexanizmini tezliklə həyata keçirilməsini gözləyir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Xarici İşlər Nazirliyində mətbuat konfransı keçirərək gündəmdəki məsələlərə dair açıqlamalar verdi.
 
 Amerika Birləşmiş Ştatlarının  sanksiya təzyiqinin davam etdiyini və Vaşinqtonun müxtəlif səbəblərlə xüsusilə, Avropa İttifaqı ölkələrinin İran ilə əməkdaşlıq etməsinə qarşı olduğunu bildirən Qasımı Böyük Britaniya, Fransa və Almaniyanın yalnız maliyyə mexanizmi məsələsində qətiyyətli olduqlarına dair açıqlamalar verdiklərini dilə gətirdi.
 
 Bu ana qədər maliyyə kanalının yaradılmasından başqa heç bir bir inkişafa şahid olmadıqlarına qeyd edən Qasımi Avropa İttifaqından gözləntilərinin bu mexanizmin həyata keçirilməsi olduğunu ifadə etdi.
 
Avropa İttifaqı ilə intensiv danışıqları davam etdirəcəklərinə diqqət çəkən Qasımı: "Avropa qəbul etməlidir ki, bu növ əməkdaşlıqlarda daha təsirli addımlar atılmalıdır. Avropa İttifaqına İran xalqı və hökumətinin səbrinin bir həddi olduğunu açıq şəkildə bildirmişik. Bu məsələ sürətli bir şəkildə növbəti mərhələyə keçməlidir" deyə danışdı.
 
Qasımi INSTEX adlı maliyyə mexanizinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) ilə əlaqəsinin olmadığını vurğulayaraq: "Bizə şərt qoya bilməzlər. İran şərt qəbul edəcək bir ölkə deyil" dedi.
 
 İranın cənub-şərqindəki Sistan-Beluçistan əyalətində 27 əsgərin ölümünə səbəb olan hücumla əlaqədar olaraq da Pakistanı tənqid edən Qasımı: "Pakistan ordusunun öz ərazilərindən İrana qarşı törədilən terror hücumlarına mane olmaması bizim üçün qəbul edilməzdir" dedi.
 
 Sözçü Pakistanın Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı regional koalisiya ilə İrana qarşı hərəkət etdiyi barədə iddialarla bağlı verilən suala bu şəkildə cavab verdi: "Pakistanın bölgədəki İran əleyhinə koalisiya qüvvələrinə daxil olması ilə bağlı indi danışmaq istəmirəm. Lakin Pakistan ilə sərhədimizin dostluq və sülh sərhədi olmasını gözləyirdik. Pakistan hökumətinin bir daha belə hadisələrlə üzləşməməyimizi arzu etməsini və bunu praktikada göstərməsini arzu edirik". 
 
Qasımi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Pakistana səfəri ilə bağlı: "Ölkələr  əlaqələri özləri yaradırlar. Lakin  dostlarımız və qonşularımı, bəzilərinin İran ilə əlaqələrinə təsir göstərmək üçün yaratdığı şeytan xislətli planlarına qarşı diqqətli olmalıdır" dedi.
 
 Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünən Asiya turu çərçivəsində iki günlük səfərlə  Pakistana getmişdi.



Әlaqәli Xәbәrlәr