İdlibdә partlayış törәdilib, çox sayda adam ölüb vә xәsarәt alıb

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının müdiri Mustafa Hac Yusif mәlumat verib.

1147736
İdlibdә partlayış törәdilib, çox sayda adam ölüb vә xәsarәt alıb

 

Suriyanın İdlib şәhәrindә iki dәfә partlayış törәdilib. Hadisә nәticәsindә 9 dinc sakin hәlak olub, 37 nәfәr dә xәsarәt alıb.

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının müdiri Mustafa Hac Yusif mәlumat verib.

Mәlumata görә, partlayış şəhərin mərkəzində bomba yüklü avtomobilin partlaması nəticəsində qeydə alınıb. Hәlak olanlar arasında ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının üzvlәrinin dә olduğu bildirilir.

Partlayış nәticәsindә әtrafdakı binalara vә mağazalara ciddi ziyan dәyib.

Mustafa Hac Yusif bildirib ki,  partlayışdan sonra baş verәn yanğın ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının üzvlәri tәrәfindәn nәzarәt altına alınıb.


Etiketlәr: #Suriya , #İdlib , #partlayış

Әlaqәli Xәbәrlәr