İranda  terror  aktı, 27 hərbçi  həyatını itirdi

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərini daşıyan avtobusa hücum təşkil edilib. Avtobusun partladıldığı terror  aktı  nəticəsində 27 nəfər həyatını itirib 13 nəfər xəsar

1144872
İranda  terror  aktı, 27 hərbçi  həyatını itirdi

İran dövlət telekanalının xəbərinə görə hadisə Sistan-Bəlucistan əyalətinin Zahidan -Xaş marşrutunda törədilib. Partladılan  avtobusda 40 nəfər olub.

27 İnqilab Keşikçisi Korpusuna mənsub hərbçinin həyatını itirdiyi və 13-nün yaralandığı terror aktının İsrail və imperialist güclərin kəşfiyyat xidmətlərinin dəstəyilə törədildiyi irəli sürülüb.

İranın rəsmi xəbər agentliyi İRNA da bildirib ki, hücumda 20 əsgər həyatını itirib, 20 nəfər də yaralanıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi də terror aktı ilə əlaqəli bölgə ölkələri ittiham edib. O hadisə ilə əlaqəli yaydığı bəyanatında İran xalqının xain hücumun qisasını alacağını vurğulayıb.

Terror aktına görə məsuliyyəti üzərinə götürən “Ceyşul Ədl” adlı terror təşkilatı isə hadisə nəticəsində 40 hərbçinin həyatını itirdiyini irəli sürüb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Tvitter hesabında hadisə ilə əlaqəli yaydığı bəyanatında: " 'Varşava Konfransının' reallaşdığı gün İranın,  terror hücumuna uğraması təsadüf mü? Həm də eyni terroristlərin tərəfdaşlarının Varşava küçələrində qeyd mərasimləri təşkil etdikləri və Tvitter hesablarında mərasimlərə dəstəklərini bildirdikləri bir gündə? Cərəyan edən hadisələr ABŞ-nın hər zaman eyni səhvləri etdiyinin bariz göstəricisidilər”-deyə Zərif vurğulayıb.

Qeyd edək ki, Polşanın paytaxtı Varşovada ABŞ-nın himayəsində İranın regiondakı fəaliyyətlərinin müzakirə edildiyi Yaxın-Şərq mövzulu yığıncaq keçirilir. İranın reaksiya verdiyi yığıncaqda İsraili Baş naziri Binyamin Netanyahu, ABŞ-nı isə vitse-prezident Mike Pence və dövlət katibi Mike Pompeo təmsil edir. Bəzi ərəb ölkələri, Fransa və Almaniya isə nazirlər seviyyəsində iştirak edir.



Әlaqәli Xәbәrlәr