İran Pakistana xəbərdarlıq etdi

İran, Sistan və Beluçistan əyalətində İnqilab Keşikçiləri Korpusu hərbçilərinə istiqamətli terror hücumundan sonra, İslamabada çağırış edib ki, ərazilərində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı lazımlı tədbirləri həyata keçirsin.

1145260
İran Pakistana xəbərdarlıq etdi

İranın daxili işlər naziri Abdurriza Rəhmani Fazli, ölkənin cənubunda 27 əsgərin həyatını itirdiyi terror aktına dair açıqlama verib. O bildirib ki, Pakistan hökuməti ölkəsində fəaliyyət göstərən terror təşkilatlarından məsuldur. Bu qruplaşmaların kökünü qazmaq üçün lazımlı addımları atmalıdır. Əks təqdirdə beynəlxalq hüquq normları çərçivəsində ölkənin təhlükəsizliyini qorumaq üçün heç bir şeydən imtina etmiyəcəyik. Terror hücumunun ABŞ-ın başçılığında Polşanın paytaxtı Varşavada anti-İran konfransının keçirildiyi günə təsadüf etməsi düşündürücüdür. 27 əsgərimizin həyatını itirməsinə gətirib çıxaran terror aktı ABŞ rəsmilərinin beynəlxalq hüquq normlarına və insan hüquqlarına hörmət göstərmədiklirinin göstəricisidir.

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində dünən axşam radələrində İnqilab Keşikçiləri korpusunun hərbçilərini daşılan avtobus partladıldı. Hadisədə 27 adam həyatını itirdi, 20 nəfər də yaralandı. Hücuma görə məsuliyyəti Ceyşul Ədl adlı terror qruplaşması üzərinə götürdü. Digər tərəfdən Pakistan İrandakı terror aktını qınadı. Pakistan Xarici İşlər Nazirliyinin   sözçüsü Məhəmməd Faysal, sosial  media hesabından   yaydığı   bəyanatda: “Zahidanda   törədilən  terror  aktını   lənətləyir  həyatını  itirənlərin   ailələrinə  başsağlığı  verir yaralılara   təcili  şəfa   arzulayırıq”.

 



Әlaqәli Xәbәrlәr