“Bölgədəki terrorun qaynağı ABŞ və İsraildir”, H.Ruhani

İran prezidenti Həsən Ruhani bölgədəki terrorun qaynağının ABŞ və İsrail olduğunu söylədi.

1145243
“Bölgədəki terrorun qaynağı ABŞ və İsraildir”, H.Ruhani

İran prezidenti Həsən Ruhani bölgədəki terrorun qaynağının ABŞ və İsrail olduğunu söylədi.

Ruhani Türkiyə-İran-Rusiya arasında bu gün baş tutacaq Suriya mövzulu zirvə yığıncağı üçün Rusiyanın Soçi şəhərinə hərəkətindən əvvəl Tehran Mehrabad hava limanında jurnalistlərə açıqlama verdi.

Bölgədəki terrorun qaynağının hər kəs üçün açıq olduğunu deyən Ruhani bildirdi ki, bölgəmizdəki terrorun kökləri ABŞ və İsraildir. Bu iki dövlət terrorun əsil qaynağıdır. Bölgənin neft zəngini bəzi ölkələri də təəssüf ki, terrorçuları maliyyələşdirmək vəzifəsini öhdəsinə götürüb.

Ölkədə dünən həyata keçirilən və 27 əsgərin həyatını itirdiyi intihar hücumunu xatırladan Ruhani belə hücumların xalqa təsir etməyəcəyini və böyük qüvvələrə qarşı boyun əyməyəcəklərini söyləyərək vurğuladı: “Şəhidlərimizin axıdılan qanının əvəzi bu kirayə götürülmüş təşkilatlardan çıxarılacaqdır. Qonşularımıza qanuni və yaxşı əlaqələrə görə vəzifələrini yerinə yətirmələrini tövsiyə edirik. Torpaqlarından qonşu ölkələrə qarşı pis niyyətli istifadə edilməsinə icazə verməməlidirlər. Əgər onlar terrorçulara mane ola bilmirsə, qanunlara və razılaşmalara görə vacib olanı yerinə yetirmə haqqımızın olduğu açıqdır və bundan istifadə edəcəyik”.  

Sayca dördüncüsü keçiriləcək zirvə yığıncağı üçün Rusiya prezidenti Vladimir Putinin dəvətinə görə Soçiyə getdiyini bildirən Ruhani yığıncaqda Astana prosesi çərçivəsində regional məsələlər və xüsusi olaraq Suriya mövzusunun müzakirə olunacağını bildirdi.

Ruhani “Terrorçu qruplar Suriyada ağır zərbələr aldı və bir çox bölgədən təmizləndi. Suriyanın müxtəlif bölgələrində, ölkənin şimalında və Fəratın şərqində hələ də terror ünsürləri var” deyə qeyd etdi.

Üçtərəfli görüşlərin bütün terrorçular təmizlənənədək davam etməsinin vacibliyini vurğulayan İran prezidenti 3 ölkənin də əsil hədəfinin terrorla mübarizə olduğunu və bunu davam etdirəcəklərini ifadə etdi.

Qaçqınların evlərinə qayıtması və Suriyanın bərpa işlərinin də əhəmiyyətli mövzulardan olduğunu və üç ölkənin də hədəfi olduğuna diqqət çəkən Ruhani konstitusiyanın hazırlanması və bunun üçün komitə qurulmasının da üçtərəfli zirvə yığıncağında müzakirə olunacağını bildirdi.

Ruhani “Türkiyə, İran və Rusiyanın regional məsələlərin hülli üçün təqdim etdiyi model çox yaxşı bir modəldir” dedi.



Әlaqәli Xәbәrlәr