Suriyada koalisiya qüvvələrinin hava zərbələri nəticəsində 50 nəfər ölüb

Yerli mәnbәlәrin yaydığı mәlumata әsasәn, koalisiya qüvvәlәrinin Baqoz bölgәsinә endirdiyi zәrbәlәr nәticәsindә 50 dinc sakin hәlak olub.

1143992
Suriyada koalisiya qüvvələrinin hava zərbələri nəticəsində 50 nəfər ölüb

 

Amerika Birlәşmiş Ştatlarının rәhbәrliyindәki DEAŞ әleyhinә koalisiya qüvvәlәri Suriyanın Deyrizor şәhәrinin Baqoz bölgәsinә  zәrbәlәr endirib.

Bu barәdә ABŞ rәhbәrliyindәki koalisiya qüvvәlәrinin qәrargahından  verilәn mәlumatda bildirilib.

Mәlumatda deyilir: ‘‘ABŞ rәhbәrliyindәki koalisiya qüvvәlәri Suriya Demokratik Qüvvәlәrinә dәstәk vermәk mәqsәdilә fevralın 11-dә  DEAŞ-ın Deyrizorun Baqoz bölgәsindәki komandanlığına ağır zәrbәlәr endirib’’.
 

Yerli mәnbәlәrin yaydığı mәlumata әsasәn, koalisiya qüvvәlәrinin Baqoz bölgәsinә endirdiyi zәrbәlәr nәticәsindә 50 dinc sakin hәlak olub.

Hәlak olanların әksәriyyәtinin qadın vә uşaq olduğu bildirilib.

Amerika Birlәşmiş Ştatları vә Fransanın dәstәklәdiyi  terror tәşkilatı  YPG/PKK 2018-ci ilin 11 sentyabr tarixindәn etibarәn Deyrizu bombalayır.

Hazırda terror tәşkilatı DEAŞ Deyrizor şәhәrinin şәqrindәki Baqoz bölgәsindә öz mövcudluğunu davam etdirir.
 

Qeyd edәk ki, Fәrat çayının şәrqindә isә Bәşәr Әsәdә sadiq qüvvәlәr var.



Әlaqәli Xәbәrlәr