İranın “Dezful” adlanan raketinin mənzili

İran İnqilab Keşikçiləri Korpusu min kilometr mənzili olan və “Dezful” adlanan qurudan quruya fırladılan ballistik raket buraxıb.

1141129
İranın “Dezful” adlanan raketinin mənzili

İran İnqilab Keşikçiləri Korpusu min kilometr mənzili olan və “Dezful” adlanan qurudan quruya fırladılan ballistik raket buraxıb.

İranın yer altında yerləşən fabrikində istehsal olunan raketin təqdim edilməsi məqsədilə keçirilən mərasimdə çıxış edən ordu komandanı Məhəmməd Əli Cəfəri deyib: “Yerin altında raket istehsal edilən bu fabriki tanıtmağımız qərblilərin hay-küylərinə bir cavabdır. Sanksiya və təhditlərlə bizi məhdud edəcəklərini və yüksək həfədlərimizdən yayındıracaqlarını zənn edirlər. İranın müdafiə qabiliyyəti heç bir şəkildə müzakirəyə açıq deyildir”.

Avropalıların “İranın müdafiə gücü ilə əlaqəli sanksiya və məhdudiyyətlərdən bəhs etdiyini xatırladan Cəfəri “Müdafiə gücümüzü qürurla inkişaf etdirdi və heç bir mövzuda narahatlığımız yoxdur. İran bütün təhdidlərə baxmayaraq müdafiə sahəsində öz yolunda irəliləməkdə davam edəcəkdir” deyib.

“Dezful”un məsafəsinin 700 km mənzilli “Zülfikar” raketindən 300 km daha çox olduğu, ancaq təxribat gücünün iki dəfə artıq olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr