Cavad Zәrif: ‘‘ABŞ Yaxın Şәrqdәki diktatorları dәstәklәyir’’

İranın Xarici İşlәr naziri Cavad Zәrif  Amerika Birlәşmiş Ştatlarının Yaxın Şәrqdәki ‘‘diktatorları, qәssabları vә radikal qruplaşmalar’’ı dәstәklәdiyini bildirib.

1139829

Cavad Zәrif  Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Trampın Konqresdә etdiyi çıxışda İranı hәdәf almasına şәxsi ‘‘Twitter’’ sәhifәsindә münasibәt bildirib.

Cavad Zәrif açıqlamasında bu ifadәlәrә yer verib: ‘‘Donald Tramp bizә qarşı ittihamlar irәli sürәrkәn  yәhudi vәtәndaşlarımız daxil olmaqla bütün İranlılar  ABŞ tәzyiqlәrinә baxmayaraq 40 illik irәlilәyişi qeyd edirlәr.

Qeyd edәk ki, ABŞ prezidenti Donald Tramp Senat və ABŞ Konqresinin Nümayəndələr Palatası qarşısında "Ölkənin vəziyyəti haqqında" illik müraciətlə çıxış edib. Donald Tramp çıxışı zamanı Tehranın ABŞ-ın bölgәdәki müttәfiqlәrini vә yәhudilәri tәhdid etmәsinә icazә vermәyәcәklәrini  söylәmişdi.

Әlaqәli Xәbәrlәr